Həkimin Şəxsi Rəqəmsal Köməkçisi
"SağlamDiş" böyük klinikalar üçün deyil, hər bir fərdi həkim üçün yaradılıb. Biz Sizin şəxsi kabinetinizi, pasiyent bazanızı və maliyyənizi cibinizə gətiririk.
Niyə Məhz Fərdi Həkimlər?
Əksər sistemlər böyük klinikalar və onların mürəkkəb qeydiyyat şöbələri üçün nəzərdə tutulub. Fərdi işləyən həkim üçün bu sistemlər çox ağır, bahalı və lazımsız funksiyalarla doludur.
Biz "SağlamDiş"i yaradarkən tək bir hədəfimiz var idi: Həkimin müstəqilliyi.Siz kabinetinizi dəyişə bilərsiniz, başqa klinikaya keçə bilərsiniz, amma sizin pasiyent tarixçəniz, rentgen şəkilləriniz və maliyyə hesabatlarınız hər zaman sizinlə — buludda (cloud) təhlükəsiz qalmalıdır.
Tam Nəzarət
Artıq dəftərlərə, Excel fayllarına və ya klinikanın ümumi sisteminə möhtac deyilsiniz. Öz cədvəlinizi və pasiyent qeydlərinizi özünüz idarə edin.
Mobil Azadlıq
Sistem planşet və mobil telefonlara tam uyğundur. Axşam evdə olarkən sabahkı randevularınıza baxın və ya pasiyentin rentgeninə telefondan nəzər yetirin.
Sürətli İşləm
Odontoqram doldurmaq, resept yazmaq və ya ödəniş qəbul etmək — hamısı bir neçə kliklə. Köməkçiniz olmasa belə, işləri axsatmayacaqsınız.
Məxfilik Sizin Haqqınızdır
Pasiyentlərinizin məlumatları yalnız sizə məxsusdur. Heç bir klinika rəhbərliyi və ya üçüncü tərəf sizin şəxsi məlumatlarınıza baxa bilməz. Məlumatlar 256-bit şifrələmə ilə qorunur.
Həkim Dostu Yanaşma
Biz proqramı satıb yoxa çıxmırıq. SağlamDiş komandası olaraq hər gün sistemə yeni funksiyalar əlavə edirik və sizin rəyləriniz əsasında inkişaf edirik.